“Əl-Hilal” 55 milyon avro verməyə hazırdır – Serbiyalı hücumçu üçün

“Fulhem”in hücumçusu Aleksandar Mitroviç karyerasını “Əl-Hilal”da davam etdirə bilər.

Komanda.az “Talksport”-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu 28 yaşlı serbiyalı futbolçu üçün 55 milyon avro təklif etməyə hazırdır. Futbolçunun özü də keçidin tərəfdarıdır.

Mitroviç 2018-ci ildən “Fulhem”də çıxış edir. O, 2022/23 mövsümündə Premyer Liqada 24 oyuna çıxıb, 14 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button