Avtomobil qəzasında həyatını itirdi – 23 yaşında

Ekvadorun “LDU Kito” klubunun üzvü Edison Realpe vəfat edib.

Komanda.az xəbər verir ki, 23 yaşlı müdafiəçi avtomobil qəzasında dünyasını dəyişib. Bu barədə “LDU Kito” klubunun mətbuat xidməti məlumat yayıb.

2018-ci ilin yayında “LDU Kito”ya keçən mərhum futbolçu bu komanda ilə son mövsümdə Ekvador çempionu olmuşdu. Realpe iki dəfə də Ekvador millisinin gənclərdən ibarət komandasının formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button