“Dünyanın ən yaxşı məşqçisi olmaq nədir, bilmirəm” – Qvardiola

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, dünyanın ən yaxşı baş məşqçisi olması ilə bağlı danışıb:

“Dünyanın ən yaxşı məşqçisi olmaq nədir, bilmirəm. Həyatım boyunca heç vaxt özümü ən yaxşı hiss etməmişəm, hətta “Barselona” ilə bir mövsümdə 6 titul qazandıqda belə. Uğurları böyük klublarda inanılmaz oyunçularla çalışdığım üçün qazandım. Mənə “Mançester Siti” kimi deyil, başqa bir komanda versəz, uğur qazana bilmərəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button