“Real”ın futbolçusundan təqdirəlayiq addım – VİDEO

“Real”ın yarımmüdafiəçisi Çud Bellingem alqışalayiq hərəkəti ilə dünya gündəmini zəbt edib.

Komanda.az xəbər verir ki, İspaniya kubokunun 1/16 final mərhələsinin “Arandina” – “Real” matçında ehtiyat oyunçular skamyasında əyləşən Bellingem öz adyalını soyuqdan üşüyən topdaşıyan uşağa verib. Gənc futbolçunun bu hərəkəti kameraların obyektivindən yayınmayıb.

“Arandina” – “Real” oyunu “kral klubu”nun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Sözügedən görüş Türkiyə millisinin üzvü, 18 yaşlı Arda Gülərin debütü ilə də yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button