Mahir Emreli koronavirusa yoluxdu – Serbiya ilə oyunu buraxacaq

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində, oktyabrın 12-də Belqrad şəhərində Serbiya millisi ilə qarşılaşacaq Azərbaycan milli komandasının üzvü Mahir Emreli koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Emrelinin oyundan əvvəl verdiyi koronavirus testi pozitiv nəticələnib.

UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, Mahir Emreli Serbiya – Azərbaycan oyununda iştirak edə bilməyəcək.

Bu gün keçiriləcək Serbiya – Azərbaycan matçı saat 22:45-də başlayacaq.