“Komandanın qarşısına konkret tapşırıq qoyulub” – Bağırov

Dünya çempionatının əsas mərhələsinin oyunlarına hazırlığını davam etdirən futzal üzrə Azərbaycan millisinin üzvü Xətai Bağırovun brifinqi olub.

Komanda.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, Bağırov, “Araz”la Çempionlar Liqasında yaşadıqları uğursuzluq haqda da danışıb:

“Toplanış çərçivəsində ikinci məşqimizi keçiririk. Hazırlıq prosesində baş məşqçi rəqiblərimizə qarşı necə oynayacağımızı məşq etdirir. Komandanın qarşısına konkret tapşırıq qoyulub.

“Araz”la UEFA Çempionlar Liqası turnirindəki nəticələrimiz yaxşı olmadı. Turniri 5-6 meydan oyunçusu ilə keçirdik. Dörd gün ərzində ardıcıl 3 oyun keçirdiyimizə görə yorğunluq var idi. Bakıya döndükdən sonra 3 gün istirahət etdik. İndi hər şey qaydasındadır. Rəqiblərimizdən Slovakiya və Moldova ilə əvvəlki illərdə qarşılaşmışıq, uğurlu nəticələrimiz olub. Bu dəfə doğma meydanda, azarkeşlərimiz qarşısında oynayacağıq. Əlbəttə, yaxşı nəticə qazanmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button