Dünya çempionatına ev sahibliyi edəcək ölkə bəlli oldu

Bu gün Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin növbədənkənar iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda səsvermə yoluyla gələn il keçiriləcək Paris-2024-ə lisenziya xarakteri daşıyan dünya çempionatının məkanı müəyyənləşib.

Mundial ardıcıl 2-ci dəfə Serbiyanın paytaxtı Belqradda keçiriləcək.

Daha öncə ev sahibi kimi Rusiyanın Krasnoyarsk şəhəri təsdiq edilmişdi. Ancaq Beynəlxalq Olimpiya Komitəsinin Rusiyaya tətbiq etdiyi sanksiyalara uyğun olaraq, lisenziya xarakterli dünya çempionatının məkanı dəyişdirilib. Həmçinin, mundialın tarixində də dəyişiklik gözlənilir. Daha öncə DÇ-nin 16-24 sentyabrda keçirilməsi nəzərdə tutulmuşdu. Sentyabrın 23-də Asiya Oyunları start götürəcək. Bunu nəzərə alan UWW mundialın keçirilmə vaxtını dəyişdirməyi planlaşdırır.

Bu yarışda hər çəkidə 3 idmançı Olimpiadaya vəsiqə qazanacaq. Ümumilikdə Belqradda 90 güləşçi ölkəsinə lisenziya qazandıracaq.

Xatırladaq ki, yarışı təşkil etmək üçün Azərbaycan və Türkiyə də öz namizədliyini irəli sürmüşdü.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button