Dünya çempionatı tarixində yeni rekord

Kamerun millisinin qapıçısı Andre Onana DÇ-2022-də yeni rekorda imza atıb.

Komanda.az “Opta”-ya istinadən xəbər verir ki, “İnter”də çıxış edən 26 yaşlı qapıçı buna İsveçrəyə qarşı 1-ci turun oyununda nail olub.

Onana cərimə meydançasından kənarda 26 dəfə topa toxunuş edib ki, bu da mundiallar tarixində rekord göstəricidir. O, bu matçda ümumilikdə 61 dəfə topa toxunub.

Oyun Kamerun millisinin 0:1 hesablı məğlubiyyəti ilə bitib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button