AÇ-2020: Dubl etdi, matçın ən yaxşısı seçildi

AÇ-2020-nin 1/8 çərçivəsində keçirilmiş Uels – Danimarka matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, Danimarka yığmasının hücumçusu Kasper Dolberq bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən biri olub. Danimarka yığmasının ilk iki qolunu da məhz Dolberq vurub.

Qeyd edək ki, Uels – Danimarka matçı 0:4 hesabıyla başa çatıb. Nəticədə danimarkalılar AÇ-də ilk 1/4 finalçı olublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button