Droqbadan azarkeşlərdən narazılıq edən Yamala dəstək

“Çelsi”nin sabiq hücumçusu Didye Drobqa, İspaniya millisinin və “Barselona”nın vingeri Lamin Yamalı dəstəkləyib.

Komanda.az xəbər verir ki, Fil Dişi Sahilindən olan keçmiş futbolçu sosial şəbəkədə Yamalın paylaşımına şərh yazaraq, “öz mədəniyyətiniz və kim olduğunuzla hər zaman fəxr edin” sözlərini qeyd edib.

Yamal daha əvvəl İspaniya – Misir yoxlama oyunundan (0:0) sonra açıqlama verərək, milli komandanın azarkeşlərinin müsəlmanlara qarşı səsləndirdiyi şüarları tənqid etmişdi.

18 yaşlı futbolçunun “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyununa qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button