Droqbadan adı PSJ ilə hallanan Osimhenə məsləhət

Fil Dişi Sahili millisinin sabiq futbolçusu Didye Droqba PSJ-nin “Napoli”nin hücumçusu Viktor Osimhenlə maraqlanmasına münasibət bildirib.

Komanda.az “Canal+”a istinadən xəbər verir ki, Droqba, nigeriyalı forvardın PSJ-yə keçməməli olduğunu deyib:

“O, həqiqətən də PSJ kimi bir klubun hədəfindədirsə, bu, onun istedadının miqyasını və uğurlu mövsüm keçirdiyini göstərir. Lakin PSJ onun inkişafında lazım olan klub deyil”.

Osimhen hazırda 21 qolla A Seriyasının bombardiridir. Onun neapollularla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button