“Ronaldo və Messiyə çatmağıma hələ çox var” – Haland

Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland açıqlama verib.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, norveçli hücumçu, Kriştiano Ronaldo (“Yuventus”) və Lionel Messi (“Barselona”) ilə müqayisə olunmasına münasibət bildirib:

“Jurnalistlər bu barədə yazırlar, lakin mən diqqətimi buna vermirəm. Hər gün üzərimdə çalışıb, artırmaq istəyirəm. Ronaldo və Messi haqda danışmağa ehtiyac yoxdur. Onlar tarixin ən yaxşı futbolçularıdır. Ronaldo və Messiyə çatmağıma hələ çox var”.

Haland bu mövsüm “Borussiya” ilə 31 oyunda 33 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button