Dörd futbolçu Türkiyə millisinin heyətindən çıxarıldı

Futbol üzrə Türkiyə yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində baş tutacaq Macarıstanla səfər oyunu üçün heyəti açıqlanıb.

Komanda.az xəbər verir ki, yekun heyətdə dörd futbolçunun adı yer almayıb.

Belə ki, Rusiya ilə oyunda (3:2) zədələnərək meydanı tərk etməli olan Zeki Çelik Macarıstana aparılmayacaq. Bu oyunda sarı vərəqə almaqla cəzalı duruma düşən Cengiz Ünder də heyətdən kənarlaşdırılıb. Bu iki futbolçu ilə yanaşı, Enes Ünal və Çağlar Söyüncünün də adı heyətdə almayıb.

Qeyd edək ki, Macarıstan – Türkiyə matçı noyabrın 18-də keçiriləcək.