AÇ-2024: “Rəqiblərimiz bilirlər ki, onların İtaliya millisi ilə görüşü var”

İtaliya millisinin qapıçısı Canluici Donnarumma qarşıdan gələn 2024-cü il Avropa çempionatı haqda danışıb.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, italiyalı qolkiper AÇ-2024-ə yaxşı hazırlaşdıqlarını bildirib:

“Bizim mütəşəkkil komandamız olmalıdır. Matçlara yaxşı hazırlaşırıq, ona görə də, uğur qazanmaq üçün hər şeyimiz olacaq.

Çətin qrupdayıq? Bəli, amma digər komandalar üçün də eyni dərəcədə çətindir. Rəqiblərimiz bilirlər ki, onların İtaliya millisi ilə görüşü var. Bu, hamı üçün asan olmayacaq”.

Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. İtaliya millisi İspaniya, Xorvatiya və Albaniya ilə eyni qrupda çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button