“Doğru yoldayıq” – De Byazi

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Qazaxıstan yığmasına qarşı keçirdikləri ev oyununu şərh edib.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Bu gün çox yaxşı və keyfiyyətli oyun göstərdik. Az səhv etdik. Amma daha yaxşı oynamalıyıq. Qrupdakı 6 matçın hamısında yaxşı oyun sərgiləmişdik. 1-ci turda Qazaxıstana uduzduğumuz görüşdə məğlubiyyəti haqq etməmişdik. Doğru yoldayıq. Komanda inkişaf edir.
  • Amin Seydiyevin “23-lük”dən kənarda qalmasının səbəbi nə idi?
  • Bu gün fərqli qərar verdim. Seydiyev yaxşı və dinamik oyunçudur. Azərbaycan futbolunun gələcəyi ola bilər. Taktiki baxımdan inkişaf etməlidir. Bu gün qərar verdim ki, hücumameyilli oyun göstərək.
  • Mahir Emreliyə start heyətində şans vermədiz. Səbəb nədir?
  • Mahir klubunda az oynayıb. Bilirdik ki, başdan sonadək oynaya bilməyəcək. Yaxşı futbolçudur, amma sırf qol vurmaq üçün oynamamalıdır. Belə olanda heç nə edə bilmirsən.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button