Dmitri Nazarov üçün 70 dəqiqə və 1 xal

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 9-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi səfərdə “Sandhauzen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Nazarov da bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin futbolçusu 70-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə 4 qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.

9 turdan sonra 15 xala malik “Ersgebirge” 18 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.