Çaçiç Emrelinin son durumunu açıqladı

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun baş məşqçisi Ante Çaçiç azərbaycanlı futbolçu Mahir Emrelinin son durumunu açıqlayıb.

Komanda.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssis açıqlamasında Mahirin zədəsini sağaltdığını və komanda ilə birlikdə olduğunu deyib.

O, bir müddət öncə belində ağrıları olan 26 yaşlı hücumçunun 19-cu turda “Lokomotiva”ya qarşı paytaxt derbisində oynaya biləcəyini söyləyib.

Yanvarın 28-də keçiriləcək “Dinamo” – “Lokomotiva” matçı saat 20:10-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button