“Dinamo”dan Mahirsiz darmadağın

Futbol üzrə Xorvatiya çempionatında 34-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Osiyek”lə qarşılaşıb. Futbolçumuzun komandası oyundan 3:0 hesablı qələbə ilə ayrılıb.

Mahir bu görüşdə iştirak etməyib. 25 yaşlı forvard sonadək ehtiyatda qalıb.

“Dinamo” 34 oyuna topladığı 73 xalla hazırda 10 kollektiv arasında 1-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button