Dibalanın adı yazılmış köynəklərin satışı dayandırıldı

“Yuventus”un klub mağazasında Paulo Dibalanın adı yazılmış köynəklərin satışı dayandırılıb. Çox güman ki, bu, futbolçunun “İnter”ə mümkün keçidi ilə bağlıdır.

Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Dibala 2015-ci ilin yayında “Palermo”dan “Yuventus”a keçib. Argentinalı hücumçu 2021/2022 mövsümündə “Yuventus”un heyətində bütün yarışlarda 38 oyuna çıxıb, 15 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button