
Sabiq futbolçu “Yuventus”un oyunçularını “orta səviyyəli” adlandırdı
İtaliyalı sabiq futbolçu Paolo Di Kanio “Yuventus”un oyunçularının digər liqaların orta səviyyəli komandalarına faydalı olacaq gücdə olduğunu düşünür.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “qoca sinyora” haqda bunu deyib:
“Yuventus”un qalib gəlməsi gözlənilir. Bəs, klubun oyunçuları digər liqaların orta səviyyəli komandalarının futbolçuları ilə çətinliklə müqayisə olunduğu halda, onlar kimə qalib gələcəklər?”
“Yuventus” sonuncu dəfə İtaliya çempionluğunu 2020-ci ildə qazanıb və hazırda A Seriyasının turnir cədvəlində 5-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



