“Barselona” futbolçusunu İtaliyaya göndərir

“Barselona”nın müdafiəçisi Serjinyo Dest cari mövsümü İtaliya A Seriyasında keçirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” və “Milan” 21 yaşlı futbolçunun keçidi ilə bağlı razılığa gəlib. O, 2022/23 mövsümünün sonuna kimi icarə əsasında “Milan” klubunda çıxış edəcək. İtaliya çempionunun icarə müddətinin sonunda müdafiəçini almaq hüququna malik olacağı ehtimal edilir.

Dest 2020-ci ildən “Barsa”da çıxış edir. Amerikalı futbolçunun klubla müqaviləsi 2025-ci il iyun ayına kimi qüvvədədir. Dest bu mövsüm “Barselona”nın heyətində heç bir oyun keçirməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button