Dembeleyə 4 təklif var

“Barselona”nın hücumçusu Osman Dembele 4 klubdan müqavilə təklifi alıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 25 yaşlı fransalıya Kataloniya klubundan başqa, “Bayern”, PSJ və “Çelsi” də müqavilə təklif edib. Xəbərdə qeyd olunur ki, Dembele hələlik “Barselona”nın təklifinə cavab verməyib. O, klubda qalmaq istəyir, lakin kataloniyalılar ona etdikləri təklifi yaxşılaşdırmaq fikrində deyillər. Yaxın günlərdə Dembele gələcəyi ilə bağlı qərar verəcək.

Dembele ötən mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 32 oyunda 2 qol vurub və 13 məhsuldar ötürmə verib. Onun Kataloniya klubu ilə müqaviləsi 30 iyun 2022-ci ilə qədərdir.