“Dembeleni qaçırardım ki, “Barselona”da qalsın”

“Barselona”nın hücumçusu Ferran Torres Osman Dembelenin komandadan getməsini istəmir.

Komanda.az “Marca”ya istinadən xəbər verir ki, Torres, Dembele üçün hər şeyin ən yaxşısını arzuladığını bildirib:

“Dembelenin “Barselona”da qalmasını istəyirəm. Onu qaçırardım ki, “Barselona”da qalsın. Bu, superklubdur, dünyanın ən yaxşılarındandır. Amma elə məsələlər var ki, bizdən birbaşa asılı deyil. Dembelenin qərarından asılı olmayaraq, həmişə ona ən yaxşısını arzulayacam”.

Dembele cari mövsümdə “Barselona”nın heyətində 22 matçda 2 qol vurub, 10 məhsuldar ötürmə edib.

24 yaşlı fransalı vingerin Kataloniya klubu ilə müqaviləsi 2022-ci ilin iyunun sonuna kimi qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button