Del Pyeroya görə DÇ-2026-nın ən perspektivli futbolçuları

İtaliyalı sabiq hücumçu Alessandro Del Pyero, qarşıdan gələn dünya çempionatında iştirak edəcək hansı futbolçunu hazırda ən perspektivli hesab etməsiylə bağlı suala cavab verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus”un sabiq forvardı dörd futbolçunu fərqləndirib:

“Şübhəsiz ki, Arda Gülər (Türkiyə), Niko Pas (Argentina) və Rayan Çerki (Fransa) ən perspektivli üç istedaddır. Türkiyədən Kənan Yıldız da var. Ümumiyyətlə, inanıram ki, istənilən milli komanda yaxşı, orijinal oyunçular tapa bilər”.

2026-cı il dünya çempionatı 11 iyunda başlayacaq. Turnirin son qalibi Argentina millisidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button