Dekabrın ən gözəl qolunun müəllifi mükafatlandırıldı

Bu mövsümdən etibarən Peşəkar Futbol Liqası “Ayın qolu” layihəsinə start verib.

Komanda.az xəbər verir ki, layihə çərçivəsində ayın ən gözəl qolunu vurmuş futbolçu PFL tərəfindən mükafatlara layiq görülür.

PFL-in “feysbuk” hesabında keçirilən müsabiqədə azarkeşlər tərəfindən dekabr ayının ən gözəl qolu Turan Manafovun “Sabah”a vurduğu qol seçilib.

“Sumqayıt”la oyundan əvvəl mükafat futbolçuya Peşəkar Futbol Liqasının texniki idman direktoru Elgiz Abbasov tərəfindən təqdim olunub.

Turan Manafov bu mükafatı ikinci dəfə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button