Debütünü qolla qeyd etdi

Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutan “Kəpəz”lə oyun “Sabah”ın gənc hücumçusu Kamran Quliyev üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, əsas komandada ilk oyununu keçirən 21 yaşlı futbolçu debütünü qolla qeyd edib.

Belə ki, matçın 80-ci dəqiqəsində Coy-Lens Mikelsin əvəzinə meydana daxil olan Kamran, oyuna əlavə edilmiş 2-ci dəqiqədə fərqlənərək görüşdə son nöqtəni qoyub – 3:0.

Cari mövsümdə “Sabah-2″nin heyətində 6 qola imza atan Quliyev, Birinci Divizionun bombardirlər siyahısında 2-ci sırada yer alıb.