De Xeanın işsiz günləri bitir – İspaniyadan “elçi”si var

“Mançester Yunayted”in keçmiş qapıçısı David de Xea əvvəllər “Atletiko”da çıxış etdiyi İspaniya La Liqasına qayıda bilər.

Komanda.az “Estadio Deportivo”-ya istinadən xəbər verir ki, “Betis” ispaniyalı qapıçının xidmətində maraqlıdır.

De Xea ötən yay “Mançester Yunayted”dən azad agent kimi ayrılmışdı. İspaniyalı qolkiper hələ də özünə yeni klub tapa bilməyib və işsizdir.

David de Xea 2011-23-cü illərdə “Mançester Yunayted”də çıxış edib. Bu müddətdə qolkiper MY ilə İngiltərə Premyer Liqasını, bir neçə dəfə ölkə kubokunu və Joze Mourinyonun rəhbərliyi altında 2017-ci ildə Avropa Liqasını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button