”Çelsi” Rüdigerə əvəzləyici tapıb

“Çelsi” “İnter”in müdafiəçisi Stefan de Vreylə maraqlanır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı niderlandlı bu yay İtaliya klubunu tərk edə bilər. “Çelsi”də de Vreyi “Real”a keçən Antonio Rüdigerin mümkün əvəzləyicisi hesab edirlər.

Vrey 2021/22 mövsümündə “İnter”in heyətində 41 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Onun İtaliya klubu ilə müqaviləsi 2023-cü ilin iyunun sonuna kimidir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button