“İndi hər şeyin qaydasında olduğunu düşünmək olar” – De Liqt

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Bayer”ə 3:0 hesabı ilə qalib gələn “Yuventus”un müdafiəçisi Matteys de Liqt açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu yay “Ayaks”dan transfer olunan 20 yaşlı futbolçu, heyətdə öz yerini tapdığını bildirib:

“Burda komanda yoldaşlarımın necə oynadığını başa düşməyə başlayıram. “Bayer”i məğlub etməyimiz yaxşı oldu. İndi hər şeyin qaydasında olduğunu düşünmək olar. Yeni baş məşqçimiz var və bu vəziyyətə öyrəşməsi lazım olan tək mən deyiləm. Təəssüf ki, yeni komandamdakı çıxışıma uğursuz başladım. “Ayaks”da kapitan idim, orda danışmaq hüququm vardı və burda da öz yerimi tapmalı idim. Artıq həmin yeri tapdığımı hiss edirəm və bundan məmnunam.

İtaliya çempionatı müdafiədən oynayan komandaları ilə tanınır, amma trend hər zaman dəyişir. Burda komandaların necə yüksək səviyyədə müdafiə olunduğuna diqqət etməyiniz kifayətdir”.