“Barselona”ya “yox” dedi

Uzun müddətdir adı “Barselona” ilə yanaşı çəkilən “Ayaks”ın müdafiəçisi Matteys de Liqt Kataloniya klubuna transfer olunmayacaq.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubunun prezidenti Xosep Maria Bartomeu bu transferi bitirmək üçün Amsterdama getsə də, 19 yaşlı futbolçu “Barselona”nın təklifindən imtina edib. Katalonların “Ayaks”la 75 milyon avroya razılaşmasına baxmayaraq, de Liqt bu transfer təklifini rədd edib.

Bu imtinadan sonra de Liqtin transferində favoritin PSJ olduğu, futbolçunun agenti Mino Rayolanın da bu istiqamətdə çalışdığı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button