De la Fuente “tarix yazdı”

İspaniya milli komandası AÇ-2024-ün seçmə mərhələsinin ikinci turunda səfərdə Şotlandiyaya uduzub (0:2).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu matçda məğlub olan Luis de la Fuente 1991-ci ildən sonra birinci səfər görüşündə xal qazana bilməyən İspaniya millisinin ilk baş məşqçisi kimi tarixə düşüb.

31 il öncə Visente Myeranın çalışdırdığı yığma AÇ-1992-nin seçmə mərhələsində eyni hesabla İslandiyaya məğlub olmuşdu (0:2).

İspaniya millisi hazırda A qrupunda 3 xalla ikincidir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button