DÇ: Azərbaycan yığması Bakıda keçirilən seçmə mərhələyə məğlubiyyətlə başladı

Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Komanda.az xəbər verir ki, komandamız Moldova yığması ilə üz-üzə gəlib.

“Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunan matç rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan yığmasından qolları 7-ci dəqiqədə Elçin Qasımov və 33-cü dəqiqədə Tural Qürbətov vurublar.

A qrupunun digər görüşündə İtaliya Estoniyanı məğlub edib – 3:1.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button