DÇ-nin seçmə mərhələ oyunları Bakıda!

Çimərlik futbolu üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələ oyunları Bakıda keçiriləcək.

Komanda.az xəbər verir ki, bu barədə Ümumdünya Çimərlik Futbolu Təşkilatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, yarış iyulun 2-dən 9-na qədər davam edəcək. Seçmə mərhələnin təqvimi də bəllidir. Əvvəlcə 2-4 iyul aralığında reytinqdə ilk “12-liy”ə düşməyən komandalar qruplara bölünərək çıxış edəcəklər. 5-7 iyulda reytinqin ən güclü 12 komandasının qrup matçları olacaq. İyulun 8-də yarımfinal və pley-off, 9-da isə final və 3-16-cı yerlər uğrunda matçlar təşkil olunacaq.

Ümumilikdə seçmə mərhələnin ən yaxşı 4 komandası bu il Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq. Mundial 16-26 noyabr aralığında Dubay şəhərində təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button