DÇ-2026: ABŞ İspaniyadan 1,1 milyard avrodan çox vergi tələb edir

ABŞ hakimiyyəti İspaniya millisindən dünya çempionatındakı qələbəyə görə əldə olunan mükafatla bağlı 1,1 milyard avrodan çox vergi ödəməyi tələb edib.

Komanda.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Tələb olunan məbləğ İspaniya millisinin mundialdakı çempionluğa görə qazandığı mükafatın 30 faizini təşkil edir. Adətən FİFA turnirin qaliblərini ev sahibi ölkədə vergi ödənişindən azad edir. Ancaq bu dəfə ABŞ hüquqşünasları ispaniyalıların vahid komanda deyil, ayrı-ayrı fiziki şəxslərdən ibarət olduğunu əsas gətirərək, fərqli hüquqi mövqe irəli sürüblər.

Məsələ ilə bağlı ABŞ Konqresinə müraciət edən jurnalistlərə bildirilib ki, İspaniya nümayəndə heyəti ABŞ-nin vergi qanunvericiliyinin xüsusiyyətlərini əvvəlcədən nəzərə almalı idi.

İspaniya millisi 2026-cı il dünya çempionatının finalında Argentina yığmasını 1:0 hesabı ilə məğlub edərək, dünya çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button