
DÇ-2026: Kolumbiya Özbəkistanı məğlub etdi
Futbol üzrə dünya çempionatı davam edir.
Komanda.az xəbər verir ki, mundialın növbəti matçında Özbəkistan və Kolumbiya yığmaları üz-üzə gəliblər.
Mexiko stadionunda keçirilən K qrupunun 1-ci tur matçında Cənubi Amerika təmsilçisi rəqibini 3:1 hesabı ilə üstələyib.
Kolumbiyanın qollarını Daniel Munoz (40), Luis Dias (65) və Xaminton Kampas (90+9) vurublar. Özbəkistan yığmasında isə Abbosbek Fayzullayev (65) fərqlənən oyunçu olub.
Bu qrupun Portuqaliya – Konqo Demokratik Respublikası oyunu 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



