DÇ-2026: İngiltərə millisinin yekun heyəti – SİYAHI

İngiltərə millisinin 2026-cı il dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahıda həm təcrübəli futbolçular, həm də gənc oyunçular yer alır. Amma baş məşqçi Tomas Tuxel Harri Maquayr (“Mançester Yunayted”), Trent Aleksandr-Arnold (“Real”, İspaniya), Fil Foden (“Mançester Siti”) və Koul Palmer (“Çelsi”) kimi məşhur oyunçuları siyahıya daxil etməyib:

Qapıçılar: Cordan Pikford (“Everton”), Din Henderson (“Kristal Pelas”), Ceyms Trafford (“Mançester Siti”);

Müdafiəçilər: Ezri Konsa (“Aston Villa”), Con Stounz (“Mançester Siti”), Mark Qehi (“Mançester Siti”), Den Birn (“Nyukasl”), Karrell Kvansa (“Bayer”, Leverkuzen), Valentino Livramento (“Nyukasl”), Niko Oreyli (“Mançester Siti”), Ced Spens (“Tottenhem”), Ris Ceyms (“Çelsi”);

Yarımmüdafiəçilər: Deklan Rays (“Arsenal”), Elliot Anderson (“Nottingem Forest”), Kobbi Mainu (“Mançester Yunayted”), Cordan Henderson (“Brentford”), Morqan Rocers (“Aston Villa”), Çud Bellingem (“Real”), Ebereçi Eze (“Arsenal”);

Hücumçular: Harri Keyn (“Bayern”), İvan Toni (“Əl-Əhli”), Olli Uotkins (“Aston Villa”), Bukayo Saka (“Arsenal”), Noni Madueke (“Arsenal”), Markus Reşford (“Barselona”), Entoni Qordon (“Nyukasl”).

11 iyun-19 iyul tarixlərini əhatə edəcək mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirə 48 komanda qatılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button