DÇ-2026: Fernandesin qisas arzusu

Portuqaliya millisinin yarımmüdafiəçisi Bruno Fernandes 2026-cı il dünya çempionatının finalında qarşılaşmaq istədiyi komandanın adını açıqlayıb.

Portuqaliya yığması tarixində hələ dünya çempionu olmasa da, qarşıdakı mundialın favoritlərindən biri hesab olunur.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted”in kapitanı final barədə danışarkən, ilk növbədə həmin mərhələyə yüksəlməyin vacibliyini vurğulayıb:

“Finalda kiminlə oynamaq istərdim? Fərqi yoxdur, istənilən rəqiblə. Əvvəlcə ora çıxmaq lazımdır, sonra bunu düşünərik. Amma indi seçim etməli olsam, Mərakeşi deyərəm. Orada dostum Nussair Mazraui oynayır. Həm də əvvəlki dünya çempionatında onlara məğlub olmuşduq. Buna görə, revanş almaq istərdim”.

Portuqaliya millisi DÇ-2026-nın qrup mərhələsində Konqo Demokratik Respublikası, Özbəkistan və Kolumbiya yığmaları ilə mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button