DÇ-2026: Cənubi Koreya millisi Çexiyaya qalib gəldi

Futbol üzrə dünya çempionatında A qrupunun Cənubi Koreya – Çexiya oyunu keçirilib.

Komanda.az xəbər verir ki, Qvadalahara stadionunda keçirilən matçda asiyalılar 2:1 hesablı əzmkar qələbə qazanıblar.

Hesabı çexlər açıblar. 59-cu dəqiqədə Ladislav Kreyçiy başla dəqiq oynayıb. Amma daha sonra Cənubi Koreya millisi Hvan İn Bom (67) və O İn Qyunun (80) qolları ilə qalib gəlib.

Qrupun və DÇ-2026-nın açılış matçında Meksika Cənubi Afrika Respublikası (CAR) millisinə 2:0 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button