DÇ-2026: Argentina millisinin ilk matç üçün gözlənilən start heyəti

Argentina millisi dünya çempionatının qrup mərhələsində Əlcəzair yığmasına qarşı keçirəcəyi ilk oyunun hazırlıqlarını davam etdirir.

İyunun 17-də baş tutacaq qarşılaşma səhər saat 05:00-da start götürəcək. Yerli mənbələrin məlumatına görə, baş məşqçi Lionel Skaloni komandanın lideri Lionel Messiyə start heyətində şans verməyə hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Argentina yığmasının Əlcəzairlə matça aşağıdakı heyətlə çıxacağı gözlənilir:

Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Fakundo Medina, Rodriqo De Paul, Enzo Fernandes, Aleksis Makallister, Tiaqo Almada, Lionel Messi və Xulian Alvares.

Dünya çempionları qrup mərhələsinin ikinci turunda, iyunun 22-də Avstriya ilə üz-üzə gələcək. Lionel Skaloni və komandası son turda isə iyunun 28-də İordaniya millisi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button