
DÇ-2026: Argentinalılar finalda 25 dəfə qayda pozuntusuna yol veriblər
Argentina millisinin futbolçuları 2026-cı il dünya çempionatının İspaniya yığmasına qarşı final matçında 25 dəfə qayda pozublar (0:1 – əlavə vaxt).
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, 2022-ci ildəki dünya çempionatnın finalından sonra qeydə alınan ən yüksək göstəricidir. Həmin vaxt Lionel Skaloninin rəhbərliyindəki komanda Fransa yığması ilə finalda 26 dəfə qaydanı pozmuşdu (3:3, penaltilər seriyasında 4:2).
İspaniya millisi ilə finalda ən çox qayda pozan futbolçu müdafiəçi Nikolas Talyafiko olub – 5 dəfə. Yarımmüdafiəçi Leandro Paredes və ispaniyalı vinger Aleks Baena isə 4 dəfə qayda pozublar. İspaniya millisinin futbolçuları finalda 21 dəfə qayda pozuntusuna yol veriblər.
Paredes xüsusilə kobud epizodla yadda qalıb. O, Erik Qarsiyanı boğazından tutub yerə yıxıb və Qaviyə zərbə endirib.
Bizi Facebook-da izləyin



