
ABŞ İran millisinin DÇ-2026-da iştirakına ümid edir
ABŞ hakimiyyəti hazırda müharibə etdikləri İranın milli komandasının yayda keçiriləcək futbol üzrə dünya çempionatında iştirak edəcəyinə ümid edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin DÇ-2026 üzrə işçi qrupunun rəhbəri Endru Culiani məlumat verib. Onun sözlərinə görə, İran millisinin 10 iyunda ABŞ-yə gəlməsi, həmçinin, Puerto-Riko yığması ilə yoxlama oyunu keçirməsi planlaşdırılır.
İran yığmasının ABŞ-nin Tucson şəhərindəki bazada hazırlıq keçməsi, daha sonra isə Los-Ancelesdə Yeni Zelandiya və Belçika milliləri ilə oynaması, ardınca isə Sietldə Misir yığması ilə qarşılaşması nəzərdə tutulur.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp İran yığmasının dünya çempionatında iştirak etməsi ilə bağlı ehtiyatlı mövqe sərgiləmişdi.
Bizi Facebook-da izləyin



