DÇ-2022: “Yaxşı ki, pley-offa yüksəldik” – Buskets

İspaniya millisinin yarımmüdafiəçisi Serxio Buskets DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunun Yaponiya ilə matçını (1:2) şərh edib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, futbolçu Yaponiya millisinin əks-hücumlara bel bağladığını bildirib:

“Oyuna nəzarət etdiyimiz görünürdü. Yaponlar əks-hücuma ümid edirdilər. İkinci hissədə yaxşı oynadılar. Yaxşı ki, pley-offa yüksəldik. Kiminsə qrupda birinci və ya ikinci yeri tutması onun daha asan və ya çətin olacağı anlamına gəlmir”.

E qrupunda Yaponiya 6 xal toplayaraq növbəti mərhələyə lider kimi vəsiqə qazanıb. 4 xala malik İspaniya millisi də adını 1/8 finala yazdırmağı bacarıb.

Pley-off mərhələsində Yaponiya Xorvatiya ilə, İspaniya isə Mərakeşlə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button