DÇ-2022: Valensiya tarixi rekordu təkrarladı

DÇ-2022-nin ikinci turunun Niderlandla qarşılaşmasında Ekvador millisinin hücumçusu Enner Valensiya tarixi rekordu təkrarlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu DÇ-2022-nin bombardirlər siyahısında liderdir.

O, DÇ-2022-də üçüncü dəfə fərqlənərək Ekvador yığmasının son 6 qolunun müəllifi kimi tarixə düşüb (3-ü Braziliyada, 3-ü Qətərdə).

Əvvəl yalnız üç oyunçu – 1966-cı ildə portuqaliyalı Eysebio, 1982-ci ildə italiyalı Paolo Rossi, 1994-cü ildə isə rusiyalı Oleq Salenko bunu bacara bilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button