DÇ-2022: “Penaltini qola çevirməmək ağrılı idi” – Levandovski

Polşa yığmasının hücumçusu Robert Levandovski Qətərdə keçirilən dünya çempionatında Meksika ilə oyundan (0:0) danışıb.

Komanda.az “TVP Sport”-a istinadən xəbər verir ki, Levandovski qolla nəticələnməyən penalti zərbəsi barədə də fikir bildirib:

“Penaltini qola çevirməmək ağrılı idi. Üslubumu dəyişdim, aşağı küncə zərbə endirdim, amma uğursuz alındı. İndi növbəti oyunlar haqqında düşünməliyik”.

Polşa millisi DÇ-2022-nin C qrupunda Argentina, Səudiyyə Ərəbistanı və Meksika ilə mübarizə aparır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button