DÇ-2022-nin təqvimi müəyyənləşdi

FİFA 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının təqvimini açıqlayıb.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, turnirin açılış oyunu noyabrın 21-də, Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. İlk oyun “Əl-Bayt” stadionunda baş tutacaq.

Mundialın final matçı isə dekabrın 18-də, saat 19:00-da başlayacaq.

Qrup mərhələsinin oyunları 21 noyabr-2 dekabr, 1/8 finalın matçları 3-6 dekabr, 1/4 final qarşılaşmaları 9-10 dekabr, yarımfinal görüşləri isə 13-14 dekabrda oynanılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button