DÇ-2022-nin təşkilatçısı da heyəti açıqladı

Futbol üzrə Qətər milli komandasının bu il keçiriləcək dünya çempionatı üçün yekun heyəti müəyyənləşib.

Komanda.az xəbər verir ki, baş məşqçi Feliks Sançesin müəyyənləşdirdiyi 26 futbolçudan ibarət heyətdə 3 qapıçı, 9 müdafiəçi, 9 yarımmüdafiəçi və 5 hücumçu yer alıb.

Maraqlıdır ki, 26 futbolçunun hamısı Qətər çempionatında çıxış edir. Onların yarısı eyni klubun – “Əl-Sədd”in formasını geyinir.

DÇ-2022-yə ev sahibliyi edəcək ölkə Ekvador, Seneqal və Niderland yığmaları ilə bir qrupda mübarizə aparacaq. Dünya çempionatının açılış matçı noyabrın 20-də keçiriləcək. Həmin oyunda Qətər yığması Ekvador millisi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button