
DÇ-2022-nin maskotu təqdim olundu
2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının maskotu təqdim olunub.
Komanda.az xəbər verir ki, “La’eeb” adlanan maskot final mərhələsinin püşkatma mərasimindən öncə nümayiş etdirilib.
“La’eeb” “super bacarıqlı oyunçu” mənasını verir.
DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək gerçəkləşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin