UEFA açıqladı: Azərbaycan millisinin oyunlarında VAR olacaq!

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin bütün oyunlarında VAR (videoköməkçi hakim) sistemindən istifadə ediləcək.

Komanda.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Sentyabrdan DÇ-2022-nin Avropa seçmə mərhələ matçlarında VAR-dan istifadə olunacağı açıqlanıb.

Futbol üzrə Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Lüksemburq, 4-də İrlandiya və oktyabrın 12-də Serbiya milli komandaları ilə qarşılaşacaq. Yığma hər üç oyunu səfərdə keçirəcək.

Azərbaycan yığması DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda Portuqaliya, İrlandiya, Serbiya və Lüksemburqla mübarizə aparır. Seçmə mərhələ çərçivəsində iki oyuna çıxan millinin aktivində 0 xal var. Canni de Byazinin rəhbərlik etdiyi komanda Serbiyaya 1:2, Portuqaliyaya isə 0:1 hesabıyla uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button