
DÇ-2022-nin açılış oyunu ilə bağlı dəyişiklik
FİFA DÇ-2022-nin təqvimində dəyişiklik edib.
Komanda.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Turnirin açılış oyunu ev sahibi Qətərlə Ekvador arasında olmayacaq. İlk görüşdə Seneqal Niderlandla üz-üzə gələcək. Görüş noyabrın 21-də, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Qətər – Ekvador qarşılaşması isə Bakı vaxtı ilə saat 20:00-a təxirə salınıb.
DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin