DÇ-2022-nin ən bahalı 10 futbolçusu

Qətərdə keçiriləcək dünya çempionatının ən bahalı futbolçularının siyahısı açıqlanıb.

Komanda.az xəbər verir ki, “transfermarkt” portalının tərtib etdiyi siyahıda DÇ-2022-nin ən bahalı oyunçusu PSJ-də çıxış edən Fransa yığmasının hücumçusu Kilian Mbappe olub.

“Real”ın braziliyalı hücumçusu Vinisius Junior ikinci yeri tutub.

İlk üçlüyü “Mançester Siti”də çıxış edən İngiltərə millisinin futbolçusu Fil Foden qapayıb.

DÇ-2022: Ən bahalı 10 futbolçu

Kilian Mbappe (Fransa) – 160 milyon avro
Vinisius Junior (Braziliya) – 120 milyon avro
Fil Foden (İngiltərə) – 110 milyon avro
Camal Musiala (Almaniya) – 100 milyon avro
Pedri (İspaniya) – 100 milyon avro
Çud Bellingem (Almaniya) – 100 milyon avro
Federiko Valverde (Uruqvay) – 100 milyon avro
Harri Keyn (İngiltərə) – 90 milyon avro
Bukayo Saka (İngiltərə) – 90 milyon avro
Qavi (İspaniya) – 90 milyon avro

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-nə qədər Qətərdə keçiriləcək.

Bizi Telegramda izləyin

 

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button